525.Az

Metronun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yaranıb


 

Metronun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yaranıb<b style="color:red"></b>

Bakı metropoliteninin “Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

525.az-a bu barədə Metropolitendən məlumat verilib.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

"Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub", - deyə qurumdan bildirilib.

 





19.02.2026    çap et  çap et