525.Az

Almaniya daha bir neçə F-35 qırıcısı sifariş verəcək


 

Almaniya daha bir neçə F-35 qırıcısı sifariş verəcək<b style="color:red"></b>

Almaniya höküməti ABŞ istehsalı olan daha bir neçə F-35 qırıcısı sifariş vermək qərarına gəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da yaxın gələcəkdə Almaniya ordusunda 85 ədəd F-35-in olacağı gözlənilir.

2022-ci ildə qırıcıları istehsal edən "Lockheed Martin"ə 35 ədəd sözügedən qırıcı sifariş edilmişdi. Ötən il bu rəqəm 50-ə çatdırıldı. İndi isə daha 35 qırıcıya da ehtiyac duyulub.

Qeyd edək ki, F-35 qırıcısı 80 milyon dollar civarındadır. Son sifarişin qiyməti isə 3 milyard dollara yaxındır.

L.Tağıyeva

 





19.02.2026    çap et  çap et