525.Az

Futzal üzrə Azərbaycan millisində məşqçi təyinatı olub


 

Futzal üzrə Azərbaycan millisində məşqçi təyinatı olub<b style="color:red"></b>

Futzal üzrə Azərbaycan millisində növbəti təyinat olub.

525.az-a Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, Fərid Ələkbərov məşqçi kimi baş məşqçiyə kömək edəcək.

Müxtəlif illərdə "Fener", "Neftçi" İK, EKOL, "Baku Fire", "Araz-Naxçıvan" klublarının, həmçinin millinin formasını geyinən 40 yaşlı Ələkbərov Azərbaycan çempionu və kubokunun qalibi olub.

 





19.02.2026    çap et  çap et