525.Az

Azərbaycan oxatanı Avropa çempionatını beşinci pillədə başa vurub


 

Azərbaycan oxatanı Avropa çempionatını beşinci pillədə başa vurub<b style="color:red"></b>

Bolqarıstanın Plovdiv şəhərində keçirilən qapalı məkanda kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Fatimə Hüseynli beşinci yeri tutub.

525.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, gənclər (U-21) kateqoriyasında mübarizə aparan idmançı klassik növdə təsnifat mərhələsini 567 xalla 12-ci sırada tamamlayaraq pley-offa yüksəlib.

Avropa çempionatının 1/4 finalında mübarizəni dayandıran F.Hüseynli yekunda beşinci pilləni tutub.
 

 





19.02.2026    çap et  çap et