525.Az

Azərbaycan əczaçılıq məhsulları ixracından gəlirini 4 dəfədən çox artırıb


 

Azərbaycan əczaçılıq məhsulları ixracından gəlirini 4 dəfədən çox artırıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycan 47,3 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 0,4 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,2 dəfə çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,6 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

 





19.02.2026    çap et  çap et