BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz tərəfindən Birləşmiş Krallığın Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülüb.
525.az xəbər verir ki, OBE fəxri adı Birləşmiş Krallıq daxilində və eləcə də beynəlxalq səviyyədə çox mühüm töhfələr vermiş şəxslərə təqdim edilən Birləşmiş Krallığın Britaniya İmperiyası Ordeninin ən yüksək beş titulundan biridir.
OBE fəxri titulu B.Aslanbəyliyə Əlahəzrət Kral III Çarlz tərəfindən Böyük Britaniya-Azərbaycan münasibətlərinə verdiyi əhəmiyyətli töhfələrə görə verilib. O, bu nüfuzlu Britaniya dövlət fəxri tituluna layiq görülmüş ilk Azərbaycan vətəndaşıdır.
çap et