525.Az

Qəzzada ölənlərin sayı artır


 

Qəzzada ölənlərin sayı artır<b style="color:red"></b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 611 nəfər həlak olub, 1630 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 72 069-a, yaralıların sayı isə 171 728 nəfərə çatıb.

İbrahim Cəfərov

 





19.02.2026    çap et  çap et