525.Az

Filippində vulkan püskürməsi


 

Filippində vulkan püskürməsi<b style="color:red"></b>

Filippinin Neqros adasındakı Kanlaon dağında vulkan püskürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 16:38-də qeydə alınan vulkan püskürməsindən sonra kraterdən yayılan lava cənub-qərbə doğru yayılıb.

Bildirilib ki, bölgədəki həyəcan səviyyəsi '2' (orta vulkan aktivliyi) səviyyəsində qalıb və vulkanın ətrafındakı 4 kilometrlik daimi təhlükə zonaya giriş qəti qadağan olunub.

İbrahim Cəfərov

 

 





19.02.2026    çap et  çap et