525.Az

35 yaşlı qadın timsahın qurbanı oldu 


 

35 yaşlı qadın timsahın qurbanı oldu <b style="color:red"></b>

İndoneziyada timsah 35 yaşlı qadını parçalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Açeh əyalətində, Luan Boya çayının sahilində baş verib.

Bulu Hadek kəndinin sakini olan 35 yaşlı qadına timsah hücum edib. Vəhşi zavallı qadını bulanıq suya çəkərək parçalayıb.

Qadına kömək etmək istəyən həmkəndlilərinin əllərindən heç nə gəlməyib. Yalnız baş verənləri telefonun kamerası vasitəsilə qeydə almaqdan başqa.

Qeyd edək ki, İndoneziyada hər il 70-80 nəfər timsah hücumu nəticəsində həlak olur. Bu göstərici ilə İndoneziya dünyada birinci yerdədir.

L.Tağıyeva

 





19.02.2026    çap et  çap et