525.Az

Bakıda 26 dərəcə isti olub, güclü külək zəifləyib


 

Bakıda 26 dərəcə isti olub, güclü külək zəifləyib<b style="color:red"></b>

Fevralın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb.

Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub.

 





20.02.2026    çap et  çap et