525.Az

İranda təlim təyyarəsi qəzaya uğrayıb


 

İranda təlim təyyarəsi qəzaya uğrayıb<b style="color:red"></b>

İran Ordusu Hərbi Hava Qüvvələri Komandanlığına məxsus təlim təyyarəsi Həmədan əyalətində qəzaya uğrayıb.

525.az xəbər verir ki, bu barədə Jamaran xəbər saytı məlumat yayıb.

Bildirilib ki, qəza zamanı pilotlardan biri ölüb, digəri isə sağ qalıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

İbrahim Cəfərov

 





20.02.2026    çap et  çap et