525.Az

Çilidə qaz tankeri partladı - 4 ölü, 17 yaralı


 

Çilidə qaz tankeri partladı - <b style="color:red"> 4 ölü, 17 yaralı</b>

Çilinin paytaxtı Santyaqonun şimalında qaz tankeri partlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, maye qaz daşıyan tanker Santyaqonun Renca rayonunda partlamadan əvvəl aşıb və digər avtomobillərə çırpılıb.

Partlayış nəticəsində 4 nəfər hadisə yerində ölüb, bəziləri ağır olmaqla 17 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və xilasetmə qrupları göndərilib. Partlayış nəticəsində 7 avtomobil yanıb, magistral avtomobillərin hərəkəti üçün bağlanıb.

Qəza ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





20.02.2026    çap et  çap et