525.Az

Millimiz Moldova ilə qarşılaşacaq


 

Millimiz Moldova ilə qarşılaşacaq<b style="color:red"></b>

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

525.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Komanda Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Bildirilib ki, hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.

 





20.02.2026    çap et  çap et