525.Az

Son illərdə onlayn satış platformalarının sayı əhəmiyyətli dərəcədə artıb - Xalid Kərimli


 

Son illərdə onlayn satış platformalarının sayı əhəmiyyətli dərəcədə artıb - <b style="color:red">Xalid Kərimli</b>

«Pandemiyadan sonra onlayn ticarətin payı ümumi pərakəndə ticarət dövriyyəsində sürətlə artmağa başladı. Son iki il ərzində onlayn satış platformalarının sayı da əhəmiyyətli dərəcədə artıb. Bu isə bazar payının ənənəvi ticarət və onlayn ticarət arasında bölünməsinə gətirib çıxarır. Amma bu o demək deyil ki, onlayn satış platformaları mağazaları tamamilə sıradan çıxaracaq. Bu, real deyil. Hərəsinin öz alıcısı var”.

Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, elə insanlar var ki, bir əşyanı canlı görmədən, ona toxunmadan, keyfiyyətini yoxlamadan almazlar. Bu cür müştərilər onlayn platformaları qəbul etmirlər və alış-verişlərini yalnız fiziki mağazalardan etməyə üstünlük verirlər.
Ekspertin sözlərinə görə, onlayn ticarətlə bağlı bəzi hüquqi və maliyyə məhdudiyyətləri də bu sahəyə təsirsiz ötüşmür:

"Digər tərəfdən, Azərbaycanda vətəndaşlar onlayn ticarət vasitəsilə xaricdən 300 ABŞ dollarına qədər dəyəri olan məhsulları gömrük rüsumu olmadan əldə edə bilirlər. Bu məbləğdən artıq alış-veriş edənlər əlavə ödənişlərlə qarşılaşırlar. Bu da nəticə etibarilə onlayn ticarətə müəyyən çərçivə qoyur və bu sahənin inkişaf tempini bir qədər məhdudlaşdırır".

Sevinc Qarayeva 
 

 





20.02.2026    çap et  çap et