525.Az

“Azərbaycan beynəlxalq nizamın formalaşdırılmasının birbaşa iştirakçısıdır” - Politoloq


 

“Azərbaycan beynəlxalq nizamın formalaşdırılmasının birbaşa iştirakçısıdır” -<b style="color:red"> Politoloq</b>

“Sülh Şurasının Vaşinqtonda keçirilən ilk sammitinə Azərbaycan liderinin dəvət olunması ölkəmizə göstərilən münasibətdən, habelə dünya nizamının formalaşmasında Prezident İlham Əliyevin vizyonuna duyulan ehtiyacdan xəbər verir”.

Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan artıq beynəlxalq nizamın formalaşdırılmasının birbaşa iştirakçısıdır. Bu isə təsadüfi deyil, Prezident İlham Əliyevin illərlə apardığı yorulmaz siyasətin nəticəsidir.

“Prezident İlham Əliyev Şarm-əl-Şeyxdə keçirilən Sülh Şurasının təsis konfransında da iştirak etdi. Donald Tramp dəfələrlə Azərbaycan lideri haqqında yüksək fikirlər səsləndirdi. Ardınca ABŞ-ın viste-prezidenti Vensin Cənubi Qafqaza səfəri və bu səfər çərçivəsində Azərbaycanla ABŞ-nin strateji tərəfdaşı olması Cənubi Qafqaz regionu üçün fundamental hadisə idi”, - politoloq söyləyib.

O əlavə edib ki, Donald Tramp özündən əvvəlki administrasiyadan tamamilə fərqli bir yanaşma ortaya qoyaraq Azərbaycanla münasibətlərə olduqca böyük önəm verir. Vaxtilə Azərbaycana qarşı münasibətdə qərəzli qətnamələr qəbul edilir və təzyiq göstərilməyə çalışılırdısa, indi bu yanaşmadan uzaq bir münasibətin şahidiyik.

Pərvanə Sultanova

 





20.02.2026    çap et  çap et