525.Az

İlk köç karvanları Xocavəndə çatıb, açarlar təqdim olunub


 

İlk köç karvanları Xocavəndə çatıb, açarlar təqdim olunub<b style="color:red"></b>

Xocavənd şəhəri və Xocavənd kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.

525.az-ın məlumatına görə, mərasimdə müvafiq qurumların nümayəndələri iştirak ediblər. ANAMA əməkdaşları tərəfindən mina və partlamamış sursat təhlükəsi ilə bağlı maarifləndirici məlumat verilib.

İlkin mərhələdə Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) köçürülüb. Köçürülənlər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələridir.

 





20.02.2026    çap et  çap et