525.Az

Azərbaycan 2025-ci ildə 5,4 min tondan çox "Premium Euro-95" markalı benzin ixrac edib


 

Azərbaycan 2025-ci ildə 5,4 min tondan çox "Premium Euro-95" markalı benzin ixrac edib<b style="color:red"></b>

Azərbaycan 2025-ci ildə 3 milyon 566,28 min ABŞ dolları dəyərində 5 min 406,53 ton "Premium Euro-95" markalı benzin ixrac edib.

525.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Qeyd olunan həcmin 1 min 210,28 tonu Ermənistana tədarük edilib. Tədarükün dəyəri 788,8 min ABŞ dolları təşkil edib.

İxracın əsas həcmi isə Gürcüstanın payına düşüb. Bu ölkəyə 2 milyon 777,48 min ABŞ dolları dəyərində 4 min 196,25 ton benzin tədarük edilib.

2024-cü ildə Azərbaycan "Premium Euro-95" markalı benzin ixrac etməyib.

 





20.02.2026    çap et  çap et