525.Az

Sumqayıt, Abşeron və Qaradağın bir hissəsində 2 gün su olmayacaq


 

Sumqayıt, Abşeron və Qaradağın bir hissəsində 2 gün su olmayacaq<b style="color:red"></b>

22 fevral saat 22:00-dan, 24 fevral gecə saatlarınadək Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə 525.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, fasiləyə səbəb magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar işlərin görülməsidir.

Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.

 





20.02.2026    çap et  çap et