525.Az

"Yaponiya şirkətləri Qarabağda energetika üzrə qiymətləndirmə aparır"


 

"Yaponiya şirkətləri Qarabağda energetika üzrə qiymətləndirmə aparır"<b style="color:red"></b>

"Azad edilmiş ərazilərdə Yaponiya şirkətləri energetika sahəsində planın hazırlanmasında fəaliyyət göstərirlər".

525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya bildirib. Onun sözlərinə görə, həmin ərazilərdə hazırda qiymətləndirmə işləri aparılır. 

"Ötən il azad olunmuş ərazilərə dəfələrlə səfər etmişəm və dərin təəssüratlar almışam. Orada geniş, müasir bərpa işlərinin həyata keçirilir", - səfir söyləyib. 

O, turizm sahəsində əməkdaşlığa da toxunub, bu sahənin əsas prioritetlərdən biri olduğunu deyib.

"Azərbaycan çox gözəl, cazibədar ölkədir. Birbaşa hava reysləri turizm sahəsinə çox yaxşı təsir göstərə bilər. İstərdik ki, Azərbaycan bizimlə birgə bu istiqamətdə fəaliyyət göstərsin". 

Pərvanə Sultanova

 





20.02.2026    çap et  çap et