525.Az

Azərbaycan çempionatında final partiyaları oynanılıb


 

Azərbaycan çempionatında final partiyaları oynanılıb<b style="color:red"></b>

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.

525.az xəbər verir ki, kişilərin yarışında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə oynayıb. Qadınlarda isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib. 

Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.

Qeyd edək ki, cavab görüşləri sabah keçiriləcək.

 





20.02.2026    çap et  çap et