525.Az

Müdafiə Nazirliyinin Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib


 

Müdafiə Nazirliyinin Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib<b style="color:red"></b>

2025-2026-cı ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

525.az-a Müdafiə Nazirliyindən verilən xəbərə görə, tədbirdə idarənin zabit heyəti, Baş Klinik Hospitalın şöbə rəisləri, qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik və birləşmələrin tibb xidməti rəisləri iştirak ediblər.

Təlim-metodiki toplanışda mövsümi xəstəliklərin yayılması, profilaktik tədbirlərin görülməsi, innovativ üsullarla müayinə və müalicə metodlarının aparılmasına dair məruzələr dinlənilib, eləcə də digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 





21.02.2026    çap et  çap et