525.Az

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib


 

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib<b style="color:red"></b>

Həftəsonu Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə 525.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bu gün və sabah Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

 





21.02.2026    çap et  çap et