525.Az

Bakıda yeni marşrut xətti işə düşüb


 

Bakıda yeni marşrut xətti işə düşüb<b style="color:red"></b>

Bakıda yeni marşrut xətti işə düşüb.

525.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçirilir.

 





22.02.2026    çap et  çap et