İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunları dünən başa çatıb.
525.az xəbər verir ki, 92 ölkədən 2871 idmançının qatıldığı yarışda Norveç medalların sayına 18 qızıl, 12 gümüş və 11 bürünclə görə birinci olub.
İkinci yerdə ABŞ idmançıları qərarlaşıb - 12 qızıl, 12 gümüş və 9 bürünc. İlk "üçlüyü" Niderland qapayıb - 10 qızıl, 7 gümüş və 3 bürünc.
Qeyd edək ki, bu olimpiadada Azərbaycan 2 idman növündə 2 idmançı ilə təmsil olunmuşdu.
L.Tağıyeva
çap et