Meksikada "Haliskonun yeni nəsli" adlı cinayətkar qruplaşmanın rəhbəri Nemesio Osegera Servantes öldürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Halisko ştatının hüquq-mühafizə orqanları məlumat yayıb.
Əməliyyat dünən Halisko ştatının Talpa-de-Alyende əyalətində aparılıb.
Qeyd edək ki, bir müddət əvvəl narkobaron Hoakin Qusmanın həbsindən sonra məhz Servantes Meksikanın ən nüfuzlu cinayətkarı sayılırdı. Onun bandası Meksikanın bir neçə ştatında narkotik ticarətinə nəzarət edir.
L.Tağıyeva
çap et