525.Az

Ötən həftə 593 yanğına çıxış olub, 37 nəfər xilas edilib


 

Ötən həftə 593 yanğına çıxış olub, 37 nəfər xilas edilib<b style="color:red"></b>

FHN: Ötən həftə 593 yanğına çıxış olub, 37 nəfər xilas edilib

23 fevral 2026 09:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə 525.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 593 yanğına çıxış, 26 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 11 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilib.

 





23.02.2026    çap et  çap et