525.Az

Azərbaycanın gübrə ixracından qazancı 32 faizdən çox azalıb


 

Azərbaycanın gübrə ixracından qazancı 32 faizdən çox azalıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycan 5,6 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.

Hesabat dövründə Azərbaycandan gübrə ixracının dəyəri isə 14,3 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 32,3 % azdır.

Ay ərzində gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,4 %-ni, ixrac isə ümumi ixracın 0,6 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

 





23.02.2026    çap et  çap et