525.Az

“Fireland Azərbaycanlılar” Brüsseldə Beynəlxalq Şahmat Turniri təşkil edib


 

“Fireland Azərbaycanlılar” Brüsseldə Beynəlxalq Şahmat Turniri təşkil edib<b style="color:red"></b>

Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi, Fireland Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Brüssel şəhərində III Beynəlxalq Şahmat Turniri təşkil edilib.

525.az xəbər verir ki, “Dostluq qazansın” şüarı altında keçirilən turnir 15 ölkədən 50-yə yaxın şahmatçını bir araya gətirərək beynəlxalq dostluğun, mədəni dialoqun və idman həmrəyliyinin gücləndirilməsinə töhfə verib.

Tədbirin rəsmi hissəsində Azərbaycanın Belçikadakı Səfirliyinin 1-ci katibi Emin Rüstəmov çıxış edərək turnirin əhəmiyyətindən bəhs edib, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşkil etdiyi bu qəbildən olan layihələrin icmalar arasında dostluq və  mədəni əlaqələrin inkişafı nöqteyi-nəzərindən vacibliyini vurğulayıb. 

FireLand Azərbaycanlıları Birliyinin həmtəsisçisi Elşən Tağıyev çıxışında FireLand Azərbaycanlılar Birliyi və artıq 3-cü dəfədir "Dostluq qazansın" şüarı altında Belçikada təşkil edilən sözügedən turnir haqqında ətraflı məlumat verib. O, İldən-ilə iştirakçı sayının və turnirdə təmsil olunan ölkələrin sayının artmasını turnirə olan böyük marağın təzahürü kimi qiymətləndirib. 

Tədbirdə Belçikada fəaliyyət göstərən şahmat məktəblərinin nümayəndələri, Belçika universitetlərində təhsil alan xarici ölkəri təmsil edən tələbələr,  müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər. 

Turnir yalnız yarış deyil, həm də müxtəlif millətlərdən olan iştirakçılar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma olub.

Turnirdə iştirak edən Anderlext Bələdiyyəsinin Şahmat Klubunun üzvü  Cedric Sohet  iştirak etdiyi 40-dan çox turnir arasında bu turnirin ən yadda qalan olduğunu və ilk dəfə bu qədər çox şahmat həvəskarının bir araya gəldiyinin şahidi olduğunu bildirib, təşəbbüs və təşkilatçılıq üçün təşəkkür edib. 

Uğurlu təşkilatçılıq və turnirin miqyasının genişlənməsi fonunda Fireland Şahmat Klubunun üzvləri bu il Brüsseldə keçiriləcək digər beynəlxalq şahmat turnirə dəvət olunub.

 

 


 

 





23.02.2026    çap et  çap et