525.Az

WUF13-lə əlaqədar 1 il müddətində vergi güzəştləri tətbiq olunacaq


 

WUF13-lə əlaqədar 1 il müddətində vergi güzəştləri tətbiq olunacaq<b style="color:red"></b>

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası ilə əlaqədar vergi güzəştləri müəyyənləşib.

525.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə vergi güzəşti tətbiq ediləcək.

 





23.02.2026    çap et  çap et