"Dünyada heç bir dövlətin insan hüquqları məsələləri ilə bağlı digər ölkələrə mühazirə oxumaq hüququ yoxdur”.
525.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ BMT İnsan Hüquqları Şurasının (BMTİŞ) 61-ci sessiyasının açılışında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bu sahədə tətbiq edilən istənilən siyasi model digərlərindən üstün hesab edilə bilməz.
“İnsan hüquqlarının inkişafına aparan yol milli reallıqları əks etdirməli və xalqın ehtiyaclarını ödəməlidir”, - nazir söyləyib.
Pərvanə Sultanov
çap et