525.Az

Ukraynada yanacaqdoldurma məntəqəsində partlayış


 

Ukraynada yanacaqdoldurma məntəqəsində partlayış<b style="color:red"></b>

Nikolayev şəhərində fəaliyyətdə olmayan yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Ukrayna milli polisinin başçısı İvan Vıqovskinin bildirdiyinə görə, partlayış nəticəsində növbə dəyişikliyi üçün ərazidə avtomobillərini saxlamış 7 polis əməkdaşı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, partlayışın hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib. Araşdırma aparılır.

L.Tağıyeva

 





24.02.2026    çap et  çap et