525.Az

Nazirlik müəllimlər üçün hazırlanmış süni intellekt aləti məsələsinə münasibət bildirib


 

Nazirlik müəllimlər üçün hazırlanmış süni intellekt aləti məsələsinə münasibət bildirib<b style="color:red"></b>

"Microsoft" və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək üçün hazırlanmış "Copilot" tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir”.

525.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, bu texnologiya tədris materiallarının hazırlanmasına, mürəkkəb mətnlərin təhlilinə, dərslərin planlaşdırılmasına, ideyaların strukturlaşdırılmasına, rəqəmsal məzmunun yaradılmasına imkan verir.

 





24.02.2026    çap et  çap et