525.Az

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib


 

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib<b style="color:red"></b>

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını 297 maddə ilə genişləndirib.

525.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına 240 hüquqi şəxs, 7 fiziki şəxs və 50 gəmi daxildir.

Məhdudiyyətlər BƏƏ və Çindən olan hüquqi şəxslər də daxil olmaqla xarici şirkətlərə də təsir göstərib. Belə ki, BƏƏ-nin 142, Çinin 39, Tailandın üç və Hindistanın iki şirkəti, Varşavada yerləşən “Alliance Capital” şirkəti, Gürcüstan Imedi TV və POSTV kanalları sanksiyalara məruz qalıb.

Pərvanə Sultanova

 





24.02.2026    çap et  çap et