525.Az

Şəmkirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var


 

Şəmkirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var<b style="color:red"></b>

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

525.az xəbər verir ki, hadisə Qasımalılar kəndində olub.

Belə ki, “VAZ-2106” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.
Qəzada bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 





24.02.2026    çap et  çap et