525.Az

Tehranda ciddi su problemi


 

Tehranda ciddi su problemi<b style="color:red"></b>

İranın paytaxtı Tehranı su ilə təmin edən 5 su anbarında suyun səviyyəsi kritik həddə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Belə ki, "Əmir Kabir" anbarında hazırda 12 milyon kub metr su var ki, bu da ümumi tutumun cəmi 7 faizi deməkdir. Digər 4 anbarda da vəziyyət eynidir. "Lar" cəmi 1 faiz, "Mamlu" və "Latyan" 9 faiz dolub.  "Teleqan"da isə anbar 81 faiz boşdur. 

Yeri gəlmişkən, məhz "Teleqan"dan Tehrana əlavə su kəməri çəkildiyindən hazırda əsas yük bu anbara düşür.

L.Tağıyeva

 





25.02.2026    çap et  çap et