525.Az

Elnur “O səs Türkiyə” yarışmasında 1/4 finaldan uğurla keçdi - Video


 

Elnur “O səs Türkiyə” yarışmasında 1/4 finaldan uğurla keçdi - <b style="color:red">Video</b>

Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı yarışmasında azərbaycanlı müğənni Elnur Hüseynov uğurlu çıxışını davam etdirib. 

Modern.az saytı xəbər verir ki, fevralın 11-nə keçən kecə Elnur Hüseynov 1/4 final mərhələsində səhnəyə çıxıb.

Ebru Gündeşin komandasında yarışan azərbaycanlı müğənni Şəbnəm Fərahın "Gözlerimin etrafındakı çizgiler" mahnısını oxuyub. İlk dəfə türk mahnısı ifa edən Elnur tamaşaçılarla yanaşı, münsiflərin də ciddi dəstəyini qazanıb.

1/4 final gecəsində Elnur Hüseynov səhnədə digər 3 komandanın ifaçıları ilə yarışıb və dördlüyün ikincisi olaraq növbəti canlı efirə vəsiqə qazanıb.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu “O səs Türkiyə” mahnı yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.

 





11.02.2015    çap et  çap et