525.Az

Böyük Britaniyadan Ukraynaya növbəti yardım 


 

Böyük Britaniyadan Ukraynaya <b style="color:red"> növbəti yardım </b>

Böyük Britaniya Ukraynaya növbəti dəfə humanitar yardım göstərəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfəki zərfə energetika sisteminin təmiri üçün 27 milyon dollar, cəbhəyanı bölgələrdə yerləşən yaşayış məntəqələri üçün 7,6 milyon dollar daxildir.

Bundan başqa ukraynalı tibbi personalın və helikopter pilotlarının Böyük Britaniyada hazırlıq keçmələri də nəzərdə tutulub.

Yeri gəlmişkən, yaxın gələcəkdə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuperin vəziyyəti yerində öyrənmək üçün Ukraynaya səfər edəcəyi gözlənilir.

L.Tağıyeva

 





25.02.2026    çap et  çap et