525.Az

Rusiyada 4 nəfər dəm qazından boğulub


 

Rusiyada 4 nəfər dəm qazından boğulub<b style="color:red"></b>

Kurskda 4 nəfər dəm qazından boğularaq ölüb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat verib.

Hadisə Xarkovskaya küçəsindəki binaların birində baş verib. Mənzildə 3 kişi və 1 qadın meyiti aşkarlanıb. Daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

L.Tağıyeva

 





25.02.2026    çap et  çap et