525.Az

DİN-in təyin etdiyi rüsum və cərimələr onlayn ödəniləcək


 

DİN-in təyin etdiyi rüsum və cərimələr onlayn ödəniləcək<b style="color:red"></b> Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” elektron xidmətinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, e-xidmət vasitəsilə istifadəçilər rüsum və cərimələrin ödənişini heç yerə getmədən, vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər.
 
Sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur. Xidmətdən qeydiyyatdan keçmədən yararlanmaq mümkündür.
 
Qeyd edək ki, hazırda “Elektron hökumət” portalında Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” xidməti ilə yanaşı,  “FİN-ə görə fərdi məlumatların axtarışı” və “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar”  e-xidmətləri göstərilir. Yanvar ayının elektron xidmətlərdən istifadə statistikasına əsasən, nazirlik ən çox müraciət olunan qurumlar arasında 6-cı pillədədir.
 





11.02.2015    çap et  çap et