525.Az

Bu onların özlərini ifadə etməkdə çətinlik çəkməsinə səbəb olur - Elçin Əfəndi


 

Bu onların özlərini ifadə etməkdə çətinlik çəkməsinə səbəb olur - <b style="color:red">Elçin Əfəndi</b>

 "Əzbərçilik metodu, əlbəttə ki, şagirdlərin və tələbələrin tənqidi düşüncə formalaşdırma bacarıqlarına, ümumiyyətlə, düşünərək müvafiq qərarlar qəbul etmələrinə ciddi təsir göstərir. Bunun səbəbi isə odur ki, onlar əzbərləmə yolu ilə ya buraxılış imtahanına, ya da blok imtahanına hazırlaşırlar və verilən informasiyanı yalnız əzbərləməyə yönəlirlər”.

Bunu 525.az-a təhsil eksperti Elçin Əfəndi deyib. Ekspertin dediyinə görə, bu onların özlərini ifadə etməkdə çətinlik çəkməsinə səbəb olur və şəxsi inkişaflarına mənfi təsir göstərir:

“Buna görə biz düşünürük ki, tələbələr və xüsusilə yuxarı sinif şagirdləri daha çox ədəbiyyat nümunələri - romanlar, bədii əsərlər oxumalıdırlar. Bu, onlarda müəyyən fikir formalaşdıracaq və özlərini ifadə etməyə kömək edəcək. Eyni zamanda müvafiq tapşırıqlar da yerinə yetirilməlidir".

Sevinc Qarayeva 
 

 





25.02.2026    çap et  çap et