525.Az

"Üzeyir və Ceyhun Hacıbəylilər - məktublarda yaşanan illər" - ANONS


 

"Üzeyir və Ceyhun Hacıbəylilər - məktublarda yaşanan illər" - <b style="color:red"> ANONS</b>

“Ceyhun Hacıbəylinin siyasi mühacirət həyatı yaşadığı Parisdən Vətənə, Bakıya qayıtması məsələsi Üzeyir Hacıbəyovun 1925-ci il məktublarında artıq tam qətiyyətlə qoyulur və yalnız ailəsi deyil, yerli hakimiyyət nümayəndələri də bu məsələdə çox maraqlı görünürlər: “Kağızını bir para yoldaşlara göstərdim. Çox xoşlarına gəldi. Hamısı sənin gəlməyinin tərəfdarıdırlar”; “İşlərin tövri böylə göstərir ki, sizlər buraya qayıtmalısınız. Bura­da olan bütün yoldaşlar və həmçinin sair tanışlar hamısı böylə məsləhət görürlər ki, siz buraya gələsiniz”. 

Bu arada Ceyhun bəyin xanımı, Zöhrənin qardaşı, Sankt-Peterburq Mülki Mühəndislik İnstitutunun məzunu, Moskva və Petroqradda müxtəlif vəzifələrdə işləyən Musa Hacıqasımovun da Azərbaycana gəlməsi və dərhal yüksək vəzifələrə təyin edilməsi Üzeyir bəyə böyük ümidlər verir: “Onun da burada olması yaxşıdır”.

Sabahkı “525-ci qəzet”də dərc olunacaq

Solmaz Rüstəmova-Tohidinin

“Üzeyir və Ceyhun Hacıbəylilər

MƏKTUBLARDA YAŞANAN İLLƏR” yazısının növbəti hissəsindən oxuya bilərsiniz.

 





26.02.2026    çap et  çap et