525.Az

“Başqırd, qırğız, türkmən - bunlar bir soydur...” - ANONS


 

“Başqırd, qırğız, türkmən - bunlar bir soydur...” - <b style="color:red"> ANONS</b>

“Yaxşı başa düşürəm ki, Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində hazırladığım əsasən biobiblioqrafik xarakterli silsilə yazıları “elmi” olmamaqda suçlayanlar tapıla bilər. Amma hər insan bioqrafiyadan başlayır. Bu baxımdan mühüm tarixi hadisənin ildönümünün qeyd edildiyi günlərdə onun iştirakçıları barəsində səhih məlumatların toplanıb elmi-mədəni ictimaiyyətə, oxucu kütləsinə çatdırılması mühüm məsələdir. Çünki əksəriyyəti repressiya qurbanı olmuş bu insanları tanımaq lazımdır. Onların arasında təsadüfi adamlar yox idi. Doğrudur, bəziləri universitet diplomuna, professor mantiyasına malik deyildilər. Amma Sovet İttifaqı adlanan totalitar ölkədə çətinlik və ziddiyyətlərlə  dolu 1920-ci illərdə öz xalqlarının bu və ya digər dərəcədə seçkin xadimləri, öncül nümayəndələri, bəzi hallarda isə maarif və mədəniyyət məşəllərinin daşıyıcıları idilər. Yəqin ki, məşhurluq, qurultaydakı fəallıq dərəcəsindən asılı olmayaraq onların hər birini tanıtmağa, təqdim etməyə lüzum var. Bu dəfə söhbətimiz Bakıya Başqırdıstan, Türkmənistan və Qırğızıstandan gələn qonaqlar haqqındadır”.

Sabahkı “525-ci qəzet”də dərc olunacaq

Vilayət Quliyevin Birinci Türkoloji qurultay nümayəndələrinin izi ilə silsiləsindən

“Başqırd, qırğız, türkmən - bunlar bir soydur...” yazısından oxuya bilərsiniz.

 





26.02.2026    çap et  çap et