525.Az

Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib


 

Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsi ilə bağlı paylaşım edib.

525.az xəbər verir ki, səfir bu barədə "X" sosial media hesabında yazıb.

"26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik", - paylaşımda vurğulanıb.

 





26.02.2026    çap et  çap et