525.Az

"Real"dan Çempionlar Liqasında rekord


 

"Real"dan Çempionlar Liqasında rekord<b style="color:red"></b>

Madridin "Real" komandası Çempionlar Liqasında rekordunu təzələyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda 29-cu dəfə ardıcıl 1/8 final mərhələsinə vəsiqə qazanıb.

"Real" 1996/97-ci illər mövsümündə UEFA Kubokunda iştirak etmişdi. O vaxtdan bəri qatıldığı Çempionlar Liqasında hər il sözügedən mərhələyə yüksəlməklə ilkə imza atdı.

Yeri gəlmişkən, bu rekord gecə Portuqaliyanın "Benfika" komandası ilə oyunda gerçəkləşdi. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Kral klubu cavab qarşılaşmasında da 2:1 hesablı qələbə qazanmaqla pley-offdan üzüağ çıxdı.

L.Tağıyeva

 





26.02.2026    çap et  çap et