525.Az

Sərdar Fərəcov Nəcib Fazilin sözlərinə oratoriya yazıb


 

Sərdar Fərəcov Nəcib Fazilin sözlərinə oratoriya yazıb<b style="color:red"></b>

"Bu yaxınlarda irihəcmli bir əsərimi tamamlamışam. Bu, türk şairi Nəcib Fazil Qısakürəyin sözlərinə oratoriyadır. Yaxın zamanlarda əsərin Ankarada ifası gözlənilir".
 
Bu sözləri AzərTAc-a Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov deyib.

Bəstəkar bir neçə il bundan əvvəl yazdığı, Kiyevdə, Hanoyda səsləndirilən "Koroğlu" simfonik freskasının yanvarın son günlərində Qazaxıstanın milli xalq çalğı alətləri orkestrinə transkripsiya edilərək, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ifa olunmasının onu çox sevindirdiyini söyləyib. Bildirib ki, bu simfonik əsər olsa da, milli alətlər orkestrinin ifasında səsləndirilib və əsəri ilk dəfə yeni ifa tərzində eşitmək xoş təsir oyadıb. Bəstəkar, həmçinin opera və balet kimi irihəcimli əsərlər üzərində işləmək planının da olduğunu vurğulayıb.

Tamaşalara və filmlərə musiqi yazması barədə məlumat verən S.Fərəcov qeyd edib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulan "Nadir şah" tamaşasının musiqisi ona məxsusdur.

"Bəstəkarlar İttifaqı" sənədli filminin ssenari müəllifi olduğunu açıqlayan S.Fərəcov bildirib ki, bu, ssenarisini yazdığı ikinci filmdir. Birinci film isə 5 il bundan əvvəl çəkilən və Üzeyir Hacıbəyliyə həsr olunan "Əbədi iftixarımız"dır.

 





11.02.2015    çap et  çap et