525.Az

Azərbaycanda ənənəvi kəhriz su təchizatı sistemlərinin bərpası layihəsi müzakirə olunub


 

Azərbaycanda ənənəvi kəhriz su təchizatı sistemlərinin bərpası layihəsi müzakirə olunub<b style="color:red"></b>

BMT Azərbaycanda kəhriz sistemlərinin bərpası üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) arasındakı tərəfdaşlığı yüksək qiymətləndirir.

525.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparmaq üçün KOICA-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hvan Sulim ilə görüş keçirib.

"Biz KOICA və IOM arasında Azərbaycanda ənənəvi kəhriz su təchizatı sistemlərinin bərpası vasitəsilə kənd icmalarında suya çıxışın genişləndirilməsinə yönəlmiş möhkəm tərəfdaşlığı yüksək qiymətləndiririk", - məlumatda bildirilib.

 





26.02.2026    çap et  çap et