525.Az

Aİ səfiri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib


 

Aİ səfiri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib<b style="color:red"></b>

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

525.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsi zamanı həyatını itirən günahsız qadınların, kişilərin, uşaqların və qocaların xatirəsini ehtiramla yad edir. Nümayəndəlik dərin hüznlə başsağlığı verir və barışığın, davamlı sülhün əhəmiyyətini vurğulayır”, - diplomat qeyd edib.

 





26.02.2026    çap et  çap et