525.Az

Azərbaycana sürətli pul köçürmələri 25 faizdən çox artıb


 

Azərbaycana sürətli pul köçürmələri 25 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 120.7 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 36.4 milyon manata bərabər olub.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 25,2% və ya 24,3 milyon manat artıb, banklardan xaricə köçürmələr isə 0,3% və ya 0,1 milyon manat azalıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.

 





26.02.2026    çap et  çap et