525.Az

Səudiyyə Ərəbistanı Yəmənə 347 milyon dollar qrant ayırıb


 

Səudiyyə Ərəbistanı Yəmənə 347 milyon dollar qrant ayırıb<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Yəmənə büdcə kəsirini azaltmağa kömək etmək üçün 1,3 milyard Səudiyyə riyalı (təxminən 347 milyon ABŞ dolları) dəyərində maliyyə paketi elan edib.

525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Yəmən üçün İnkişaf və Yenidənqurma Proqramı “X” sosial platformasında məlumat paylaşıb.

Qeyd olunub ki, maliyyə dəstəyi Yəmənə büdcə kəsirini azaltmağa, hökumətin müntəzəm maliyyə axınlarının təmininə, maaşların ödənilməsinə və maliyyə siyasətinin idarə olunmasının təkmilləşdirilməsinə kömək etmək məqsədi daşıyır.

Yanvar ayında Ər-Riyad proqram çərçivəsində enerji, təhsil və nəqliyyat da daxil olmaqla bir neçə əsas sektorda 28 təşəbbüs və layihədən ibarət 1,9 milyard Səudiyyə riyalı (təxminən 507 milyon dollar) dəyərində Yəmən üçün inkişaf investisiya paketi elan etdi.

Pərvanə Sultanova

 





26.02.2026    çap et  çap et