525.Az

"Türkiyə hər zaman Azərbaycanın yanındadır" -  Hakan Fidan


 

"Türkiyə hər zaman Azərbaycanın yanındadır" - <b style="color:red"> Hakan Fidan</b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.

525.az xəbər verir ki, o, bununla bağlı özünün sosial şəbəkə hesabında bildirib.

“Xocalı soyqırımının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycan xalqının kədərini qəlbimizin ən dərin yerində hiss edirik. Türkiyə “Tək millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanındadır”, - XİN rəhbəri qeyd edib.

 





26.02.2026    çap et  çap et